Evlilik münasibətlərində qısqanclıqla bağlı problem yaradan məsələ duyğunun özü deyil, insanın bu duyğuya necə reaksiya verməsi və onu idarə etməsidir.
Qısqanclıq sevgi, güvən, fədakarlıq, bağlılıq kimi həyat yoldaşları arasında ünsiyyətə ən çox təsir edən amillərdən biridir.Qısqanclıq yavaş-yavaş fərqində olmadan evlilik münasibətlərini zəhərləyir. Ona görə də evlilik münasibətlərində qısqanclıq ciddi qəbul edilməli və duyğular ağıllı şəkildə idarə olunmalıdır.
Son nəticədə qısqanclıq həyat yoldaşınıza ona qayğı göstərdiyiniz və dəyər verdiyiniz mesajını çatdırır.
Ümumiyyətlə, cütlük münasibətində yaşanan qısqanclıq bir insanın dəyər verdiyi insanı başqaları ilə paylaşa bilməməsidir. Qısqanclıq etibarsızlıq, sahiblənmə duyğusunun intensivliyi, maraq və sevgini itirmək narahatlığı ilə bağlı ola bilər. Əgər həyat yoldaşlarından biri münasibətdə digərini itirməkdən narahatdırsa, bu, qısqanclıq hissi yarada bilər.
Həyat yoldaşları arasındakı münasibətlərdə qısqanclıq depressiyası onların münasibətlərində problem olduğunu və ya qısqanc adamın özünə inamının aşağı olduğunu göstərə bilər. Bu səbəblə qısqanclıqda düzgün strategiya təyin etmək üçün ilk növbədə səbəbi düzgün təyin etmək lazımdır.
Qısqanma səbəbləri: